24 Avqust 2024 16:00
136
İDMAN

MDB ölkələrinin idmançıları gələn il Xankəndidə yarışacaq

Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev deyib.

Avropa Oyunları Parkında start götürən kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran qurum rəhbəri ölkəmizdə klubların sayının artırılması yönündə işlərin getdiyini söyləyib:

"Əsas məqsədimiz idman növünü yaşatmaq və daha da inkişaf etdirməkdir. İdmançılarımızın daha yaxşı nəticə göstərə bilmələri üçün lazımi şəraiti yaratmağa çalışırıq. Bəlkə də kamandan oxatma bu gün ola biləcək ən yaxşı səviyyədə deyil, amma çox böyük potensial var. Yeni klubların sayının artmasını istəyirik. Tək Bakıda yox, regionlarda da inkişafa nail olmaq istəyirik. Bu məqsədlə gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək. İşğaldan azad olunmuş torpağımıza bu idman növünün gəlişi simvolikdir".