KİV: Türkiyənin qəzaya uğrayan təyyarəsində partlayıcı izi tapılmayıb
Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsinə aid hissələrin tədqiqi zamanı partlayıcı izinə rast gəlinməyib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti özəl mənbələrindən məlumat əldə edib.
Bildirilib ki, təyyarəyə aid hissələr Kayseridə ətraflı şəkildə araşdırılacaq.
"Kriminal Laboratoriyanın hesabatında hadisəyə səbəb kimi partlayıcı izinə rast gəlinmədiyi qeyd olunub".
Məlumatda həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin son vəziyyətə dair açıqlamasına da toxunulub:
"Təyyarənin qara qutusunun incələnməsinə və qəza araşdırma qrupunun hadisə yerindəki fəaliyyətləri davam edir. Aparılan ətraflı təhlilin nəticələri ictimaiyyətlə paylaşılacaq".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.
Digər Xəbərlər
21 Noyabr 2025 16:08
Dubay aviaşousunda qəza oldu - VİDEO
21 Noyabr 2025 15:21
Tokayev Paşinyana Qazaxıstanın ali mükafatını verdi
21 Noyabr 2025 14:11
Almaniya Tramp planına etiraz edir
21 Noyabr 2025 13:55
“Ukraynada mövcud hökumət bunu qəbul etsə...”
21 Noyabr 2025 12:19
Qarşılıqlı etimadın formalaşması vacibdir - Xaçaturyan
21 Noyabr 2025 12:09
Gerasimov Putinə nə yalanı deyib?
21 Noyabr 2025 11:24
Avropanın ən arzuolunan şəhəri: İstanbulun sehrini kəşf edin - FOTOLAR
21 Noyabr 2025 09:17


Bakı -°C

