Qarşılıqlı etimadın formalaşması vacibdir - Xaçaturyan
Ermənistan və Azərbaycan arasında sülhün yekunlaşması üçün Azərbaycan-Ermənistan qarşılıqlı etimad atmosferinin formalaşması son dərəcə vacibdir.
Adalet.az xəbər verir ki, bunu Ermənistanın prezidenti Vaaqn Xaçaturyan bildirib.
“Sülh yalnız iki ölkə və xalqlar arasında qarşılıqlı etimadın bərpa olunmasından sonra gələcək: bu, zaman məsələsidir. Biz həqiqətən belə bir vəziyyətin əldə olunması üçün siyasi proses və hüquqi formulaları təmin etməliyik”, - deyə Vaaqn Xaçaturyan qeyd edib.
Onun sözlərinə görə, iki tərəfli hüquqi proses artıq formalaşıb, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb.


Bakı -°C

