"Kiyev növbəti yardıma görə Azərbaycana minnətdardır" - Ukrayna səfiri

"Ukrayna göstərilən növbəti humanitar yardım üçün Azərbaycana minnətdardır".
Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Sumqayıtda bu ölkəyə növbəti humanitar yardımın göndərilməsi mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Mən Ukrayna üçün çox vacib və zəruri olan bu yardıma, dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bu avadanlıqlardan bütün elektrik sistemimizin bərpası üçün istifadə edirik", - diplomat bildirib.
O vurğulayıb ki, bu, cari il ərzində elektrik avadanlıqlarından ibarət ikinci yardım paketidir.
Səfir əlavə edib ki, Ukrayna Azərbaycanın dəstəyini qiymətləndirir və həmişə ölkənin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib: "Biz tariximizin bu ağır dövründə Azərbaycanın bizi dəstəkləməsini qiymətləndiririk", - deyə o bildirib.
Digər Xəbərlər

Pakistan Prezidenti Azərbaycan xalqını TƏBRİK ETDİ

Fəzail Ağamalı postunu deputat qızına ötürür

Bayram Beqay İlham Əliyevə təbrik məktubuünvanlayıb

Prezident xüsusi icra məmurları haqqında qanunu təsdiqlədi

ABŞ-dən İran və Rusiyaya XƏBƏRDARLIQ - Zəngəzur dəhlizinə mane olmağa çalışsalar...

Tramp İlham Əliyev və Nikol Paşinyanla görüşündən VİDEO YAYIMLADI

NATO Azərbaycan və Ermənistanla sıx əməkdaşlığı davam etdirəcək
