Komandolarımıza sertifikatlar təqdim olundu
"Birinci zabit komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Cari ilin hazırlıq planına uyğun olaraq “Birinci zabit komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.
Digər Xəbərlər
14 Sentyabr 2026 18:20
Bu yollarda tıxac var - SİYAHI
14 Sentyabr 2026 17:19
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
14 Sentyabr 2026 16:33
AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
14 Sentyabr 2026 16:17
ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir
14 Sentyabr 2026 13:54
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTOLAR
14 Sentyabr 2026 13:44
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
14 Sentyabr 2026 13:18
Rəşad Həsənova yüksək vəzifə verildi
14 Sentyabr 2026 12:59


Bakı -°C

