Kommersiya qurumlarının sayı 7,2 faiz artıb
2026-cı ilin yanvar ayının 1-nə Azərbaycanda qeydiyyatda olan kommersiya qurumlarının sayı 204.065 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur.
Adalet.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.674.984 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,6 faiz artıb.
2025-ci ildə 14.051 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 faizi yerli investisiyalı, 11,3 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Digər Xəbərlər
14 Fevral 2026 17:44
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək? - AÇIQLAMA
14 Fevral 2026 12:34
Marketlərin qiymət "oyunu"...
13 Fevral 2026 22:19
Beş min manatdan çox pensiya alanların...
13 Fevral 2026 12:44
Azərbaycanda yeni vergi güzəştləri tətbiq ediləcək
13 Fevral 2026 12:30
Azərbaycanda elektron ticarətlə bağlı yeni qayda
13 Fevral 2026 12:21
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
13 Fevral 2026 10:17
“Rusiya neftinin Hindistana idxalı daha sərfəli olaraq dəyərləndirilir”
12 Fevral 2026 15:05


Bakı -°C

