Kondisioner niyə bəzi insanlara pis təsir edir?
İsti havalarda kondisioner rahatlıq və sərinlik versə də, bəzi insanlar üçün xoşagəlməz təsirlərə səbəb ola bilər.
Adalet.az bildirir ki, bu hallar bir neçə amillə bağlıdır.
Kondisionerin yaratdığı süni hava axını nəfəs yollarını qıcıqlandıra bilər. Xüsusilə sinusit, astma və allergiyası olan şəxslərdə burun tutulması, boğazda quruluq və öskürək kimi şikayətlər arta bilər. Sərin hava eyni zamanda nəfəs borusunun daralmasına və bəzən bronx spazmına da yol aça bilər.
Kondisioner olan mühitdə hava quruyur, bu isə dəridə quruluq və gözlərdə yanma hissi yarada bilər. Uzun müddət belə mühitdə qalmaq göz quruluğu sindromuna səbəb ola bilər.
Kondisionerin temperaturu çox aşağı olduqda və ya tez-tez isti-soyuq keçidlər baş verdikdə, orqanizm adaptasiya çətinliyi çəkir. Bu da baş ağrısı, əzələ tutulmaları və ümumi halsızlıqla müşayiət oluna bilər.
Bundan başqa, texniki baxımı düzgün aparılmayan kondisionerlərdə mikroblar və kif göbələkləri toplanaraq hava ilə birlikdə yayılır. Bu da tənəffüs yolu infeksiyalarının yayılmasına zəmin yarada bilər.
Mütəxəssislər kondisionerdən istifadə zamanı temperatur fərqini 6-8 dərəcədən çox etməməyi, havanı tez-tez dəyişməyi və filtrin təmizliyinə diqqət yetirməyi tövsiyə edirlər./Milli.az
Digər Xəbərlər
02 May 2026 12:49
Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı
01 May 2026 12:53
Hamı onu atır - çiyələyin bu hissəsi də yeməlidir
30 Aprel 2026 10:11
Həkim, pasiyent və aptek bir sistemdə - Səhiyyə Nazirliyinin açıqlaması
30 Aprel 2026 10:11
E-resept həkim səhvlərini minimuma endirir
29 Aprel 2026 17:39
İdman qidalarının nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır - VİDEO
28 Aprel 2026 15:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
28 Aprel 2026 10:44
Corabla yatmaq sağlamlığa zərər verə bilər - Həkimlərin MƏSLƏHƏTİ
27 Aprel 2026 14:55


Bakı -°C

