Konfrans Liqası: “Çelsi” finalda “Betis”lə üz-üzə gələcək
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Adalet.az xəbər verir ki, “Çelsi” İngiltərədə İsveçin “Yurqorden” komandasını qəbul edib. İlk matçda 4:1 hesabı ilə qalib gələn London klubu bu dəfə də sevinən tərəf olub - 1:0. Bununla da "zadəganlar" finala yüksəlib.
İspaniyanın “Betis” klubu isə İtaliyada “Fiorentina”nın qonağı olub. İlk matçda 2:1 hesabı ilə rəqibini məğlub edən Sevilya təmsilçisi cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxta gedən qarşılaşmada bir top vuran "Betis" həlledici raundda "Çelsi" ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
8 may
23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2
İlk oyun - 1:2
23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0.
İlk oyun - 4:1
Qeyd edək ki, turnirin final görüşü mayın 28-də Polşada təşkil olunacaq.
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

