Körpə qızı ilə yatarkən qardaşı tərəfindən qətlə yetirildi -Bakıda dəhşətli cinayət

Bir neçə gün öncə Bakının Binəqədi rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
Adalet.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat verib.
Hüquq müdafiəçisi bildirib ki, hadisə mərhumun 1 yaşlı qızı yanında olarkən baş verib: “Ata və azyaşlı qızı evdə yatan vaxt ana mətbəxdə olub. Qadın mətbəxdən qayıdarkən dəhşətli mənzərə ilə qarşılaşır: körpəsi qan içində, həyat yoldaşı isə həyatını itirib. Qaynı uşağı anaya verərək körpəni yumasını istəyib və qardaşını öldürdüyünü, dərhal polisə gedib təslim olacağını bildirib”.
Mərhumun arvadı həyat yoldaşının narkotik istifadəçisi olsa da, sakit və mübahisədən uzaq insan olduğunu deyib: “Hadisəyə səbəb isə bir həyət evində qardaşların arasında yaranan mübahisə olub. Qardaşlardan biri özünə əlavə qapı yeri açılmasını tələb edirmiş”.
Xatırladaq ki, hadisə iyulun 3-ü səhər saatlarında baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.
Digər Xəbərlər

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

DİN vətəndaşların məlumatlarını kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

3 tondan artıq çətənə bitkisi məhv edildi

Sumqayıtda 36 yaşlı qadın bıçaqlanıb

Hamilə qadının ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

Bakıda iki evdən 11 min manat oğurlandı

"Dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımında zərərçəkən
