Kosmosda torpaqsız bitki yetişdirildi
NASA-nın uçuş mühəndislərindən biri olan Jessica Vatkins Beynəlxalq Kosmik Stansiyada torpaqdan istifadə etmədən bitki yetişdirməkdə uğur qazanan ilk astronavt olub.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, o, “XROOTS” adlı sistemin köməyi ilə kosmik tərəvəzlər yetişdirib.
“XROOTS təcrübəsi fevral ayında başladılıb və 4-6 ay ərzində ilk məhsullarını verib.
Toxumların inkişafının başlanğıcından məhsul yığımına qədər sistemdə yalnız hidroponik və aeroponik üsullardan istifadə edilib.
Qeyd edək ki, “hidroponika” torpaqdan istifadə etmədən suda minerallarla bitki yetişdirmək, “aeroponika” isə havada və ya dumanda oxşar şəkildə böyümək deməkdir.
NASA rəsmiləri “Sierra Space” adlı özəl şirkət tərəfindən hazırlanan sistemin eksperimental olduğunu vurğulayıblar.
Eminquey
Digər Xəbərlər
03 Oktyabr 2026 12:00
Dənizdən yığıb yola asfalt çəkdilər
01 Oktyabr 2026 09:33
Meymunlar münaqişədən sonra insanlardan daha tez barışırlar
30 Sentyabr 2026 09:19
Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - VİDEO
29 Sentyabr 2026 09:36


Bakı -°C

