Krala palçıq atanlarla bağlı araşdırma başladıldı
Xəbər verdiyimiz kimi, İspaniya Kralı VI Filipp daşqınlara məruz qalmış Valensiya vilayətinə səfər edib. Səfər zamanı Payporta şəhərində yerli sakinlər kral və onu müşayiət edən dövlət rəsmilərinə palçıq və çubuqlar atıblar.
Adalet.az xəbər verir ki, İspaniya polisi sözügedən məsələ ilə bağlı araşdırma başladıb.
Ölkənin “TVE” telekanalına danışan İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaskanın sözlərinə görə, insidenti araşdırmaqla Vətəndaş qvardiyasının Məlumat Qərargahı məşğul olur: “Ümid edirik ki, yaxın bir neçə saatda və yaxud gündə araşdırmada əhəmiyyətli irəliləyişə nail olacağıq”.
Xatırladaq ki, oktyabrın 29-da leysan İspaniyanın şərq və cənubunda daşqınlara səbəb olub. Ən son məlumata görə, təbii fəlakət nəticəsində 214 nəfər həlak olub.
Digər Xəbərlər
24 Sentyabr 2026 09:43
Həmin baza “Fort Tramp” adlandırılacaq
23 Sentyabr 2026 22:10
Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü
23 Sentyabr 2026 21:00
Ərdoğan şeir söylədi, Binali Yıldırım göz yaşlarına boğuldu - VİDEO
23 Sentyabr 2026 20:00
Hindistan meymunların hücumunda - Daha bir nəfər öldü
23 Sentyabr 2026 19:46
Vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir - Diplomat
23 Sentyabr 2026 19:31
Putini G20 sammitinə dəvət etdilər
23 Sentyabr 2026 19:21
Trampın həmin sözləri şübhəlidir - KİV
23 Sentyabr 2026 19:18


Bakı -°C

