Kreml Bakıda "Rus Evi"nin bağlanmasına münasibət bildirdi

Rusiya tərəfi Bakıda “Rus evi” Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bağlanmasından təəssüflənir.
Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz hesab edirik ki, bu, anlaşılmazlıqdır və onu bütün səviyyələrdə ikitərəfli təmaslar vasitəsilə həll etmək olar”, - o, jurnalistlərlə söhbətində deyib.
Peskovun sözlərinə görə, təmaslar ən yüksək səviyyədə aparılarsa, dövlət başçıları səviyyəsində dialoq istisna oluna bilməz. Kreml sözçüsü əlavə edib ki, Moskva və Bakı vəziyyəti yaxşı münasibətlər əsasında həll edəcək.
Xatırladaq ki, ötən gün Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.
Digər Xəbərlər

Hakan Fidan hollandiyalı həmkarı ilə görüşdü

HƏMAS: Qəzzada aclığın ilk əlamətləri müşahidə olunu

Duterte Haaqa məhkəməsinə çıxarılacaq

Paşinyan ilk dəfə Türkiyə mediasına müsahibə verdi - VİDEO

Uolts: ABŞ Ukrayna ilə danışıqlarda irəliləyir

ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB

Pakistanda qatara hücum olub - 450 nəfər girov götürüldü
