15 May 2025 15:56
113
DÜNYA

Kreml: Putin-Tramp görüşü gündəmdə deyil

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşünə hələ hazırlıq aparılmır.

Adalet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik yaxın günlər üçün heç bir hazırlıq aparılmır. Məsələ hələ gündəmə gətirilməyib, ona görə də hələlik heç nə deyə bilmərik", - Peskov qeyd edib.