adalet.az header logo
  • Bakı -°C
01 Aprel 2026 09:40
80
DÜNYA
A- A+

Krımda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb - Sağ qalan yoxdur

Rusiyanın An-26 hərbi nəqliyyat təyyarəsi Krımda qəzaya uğrayıb və təyyarədəki 29 nəfərin hamısı həlak olub.

Adalet.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, təyyarə ilə Krım üzərində planlaşdırılan uçuş zamanı əlaqə kəsilib və bundan sonra təyyarənin uçuruma çırpıldığı bildirib. Hərbi təyyarədə altı heyət üzvü və 23 sərnişin olub, onların hamısı həlak olub. 

An-26 təyyarəsi 1960-cı illərin sonlarından bəri istifadədədir.