“Ukrayna məsələsində də Trampın simpatiyası rusiyalı həmkarının tərəfindədir...”
“ABŞ Prezidenti Donald Trampın məntiqsiz qərarlarına biri də əlavə olunub. Tramp Venesuela Prezidenti Nikolas Maduronu oğurladıqdan sonra bu ölkəyə Kubaya ucuz neft satmağı qadağan etdi. Başsız qalan Venesuela rejimi Ağ Ev sahibinin tələbinə tabe oldu. Tramp daha sonra Meksika Prezidenti xanım Klaudiya Şeynbauma təzyiq edərək bu ölkənin də Kubaya neft satmasını qadağan etdi. Klaudiya Şeynbaum məcburiyyət qarşısında Kubaya neft satmağı dayandırdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, çünki, Tramp meksikalı həmkarını həmişəki kimi gömrük rüsumlarını artıracağı ilə hədələmişdi:
“Tramp gizlətmirdi ki, Kubanı yanacaqdan məhrum etməklə bu ölkənin hakimiyyətini devirmək istəyir. Yanacaqdan məhrum olan Kubanın şəhərlərində elektrik kəsildi, maşınlar yanacaqsız qaldı. Ancaq nə hikmətdirsə, Tramp Rusiyanın Kubaya neft göndərmək istəyinə müsbət cavab verdi. Rusiya nefti ilə dolu tanker Kubaya istiqamətlənib. Trampın məqsədi Kubanın kommunist rejimini enerji mühasirəsiylə yox etməkdirsə, nədən Rusiyanın bu mühasirəni yarmasına icazə verib? Rusiya növbəti tankerini də Kubaya göndərə bilər. Doğrudur, bir neçə tanker Kubanın enerji qıtlığını tam həll etməyəcək, ancaq Kremlin köhnə müttəfiqinə yardıma tələsməsi və Trampın buna icazə verməsi ciddi suallar doğurur. Ukrayna məsələsində də Trampın simpatiyası rusiyalı həmkarının tərəfindədir. Ukrayna Prezidenti Volodimir Zelenski son müsahibəsində açıq deyib ki, Tramp ondan Donbası Rusiyaya təhvil verməsini istəyir. Görəsən, Trampın Putinə isti münasibətinin sirri nədir? Axı bu yaxınlıq ABŞ-nin milli təhlükəsizlik maraqlarına ziddir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Aprel 2026 11:48
Dünyanın turizm cənnəti: Türkiyə tuzirizminin ən gözəl yerləri -FOTOLAR
01 Aprel 2026 11:29
SEPAH “Qüds” qüvvələrinin idarə rəisi öldürüldü
01 Aprel 2026 09:53
Tramp bu gün xalqa müraciət edəcək
01 Aprel 2026 09:40


Bakı -°C

