Kriminal avtoritet koronavirusdan ÖLDÜ
Denis ləqəbli kriminal avtoritet Aleksandr Denisenko bir neçə ay davam edən koronavirus xəstəliyindən sonra Ufada vəfat edib.
Adalet.az lent.az-a istinadən xəbər verir ki, ömrünün son aylarında Denisenko həyati vacib dərmanlar almaq üçün Səhiyyə Nazirliyi ilə məhkəmə çəkişmələri aparırdı. Bundan bir qədər əvvəl ona böyrək köçürülmüşdü.
Transplantasiyadan sonra bəzi dərmanlara ehtiyacı olub və 2021-ci ilin oktyabrında ona xarici dərmanların pulsuz verilməsi tələbi ilə prokurorluq vasitəsilə məhkəməyə müraciət edib.
Denisenkoya yerli dərmanlar təyin edilib - eyni şey bütün xəstələrə ümumi olaraq verilir. Amma avtoritet xaricdən gətirilən dərmanlarla təmin olunmasını istəyib.
Başqırdıstan Səhiyyə Nazirliyi dərmanları birtərəfli qaydada əvəz edə bilməyib, çünki bu, federal idarənin səlahiyyətindədir. Noyabrda Kirov məhkəməsi Denisenkonun tələb olunan dərmanlarla təmin edilməsi barədə qərar çıxarıb. Transplantasiya sonrası ağırlaşmalara koronavirus əlavə olunub, kriminal avtoritetin orqanizmi dözə bilməyib.
Ufa kriminal elitasının ən görkəmli nümayəndələrindən biri Aleksandr Denisenko 1962-ci ildə anadan olub. O, 35 yaşında İqor Molodtsov və Ufadakı "nəzarətçi" Zaxari Kalaşov (Şakro Molodiy) tərəfindən taclandırılıb. O, bir neçə il əvvəl cinayət işlərindən uzaqlaşıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 15:52
Qusarda meşədə qətlə yetirilən qadınla bağlı saxlanılan var
24 Sentyabr 2026 11:55
Bakıda 51 min manatlıq oğurluq
24 Sentyabr 2026 11:31
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
21 Sentyabr 2026 11:42


Bakı -°C

