KTM-ə zəhərlənmə ilə bağlı müraciət edən 5 nəfər öldü

2024-cü il iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib.
Bu barədə Adalet.az-a Mərkəzin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, ikisi kimyəvi maddələrdən, ikisi fosfor üzvi birləşmələrdən, bir nəfər qidadan zəhərlənən şəxslərdir.
Həmçinin yeddi nəfər allergik reaksiya, altı nəfər ilan sancması, iki nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (dörd nəfər kişi cinsli, bir nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb", - məlumatda qeyd edilib.
Digər Xəbərlər

“E-bülleten” sistemi səhiyyə xidmətlərində effektivliyi və operativliyi artırır

Qan verənlərin sayı açıqlandı - YENİLƏNİB

Koronavirusun yeni ştamı YAYILDI

ÜST-dən ÇAĞIRIŞ: Spirtli içkilərin, siqaretin qiyməti ARTIRILSIN

"Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - Əməkdar artist TƏBİB-dən şikayətləndi

Aşura günü bu məkanlarda qanvermə aksiyası keçiriləcək - SİYAHI

Bu tibb işçiləri cərimələnəcək
