Külə dönmüş arzular: ”Mirpaşa”nın qeyd etmədiyi 50 yaşı...

Azərbaycanda Sovet hakimiyyəti ötən əsrin əvvəllərində quruldu. Sovet hakimiyyətinin qurulmasında 20-ci illərin gəncləri olan komsomolçular fəal iştirak etdilər. 1970-ci ildə, inqilabı əks etdirən, eyni zamanda komsomolçuların fəaliyyətini sərgiləyən bir filmdə çəkildi.Filmhəm də Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdu. Yəqin ki, unutmamısınız: "Yeddi oğul istərəm”.
Həmin yeddi oğulun içində ən cəsuru, ən diribaşı, ən emosionalı, "düşmənə” qarşı sonsuz dərəcədə amansızlıq göstərən bir qəhrəman vardı, adı Mirpaşa!... Fikrim heç də Sovet hakimiyyətinin qurulmağından yazmaq deyil. Ötən əsrin sonlarında Sovet hökumətinin ölkəmizə vurduğu sonuncu zərbəsindən, erməniləri üstümüzə qısqırtmasından sonra, vətənimizin erməni quldurlarından müdafiə olunması, onların murdar ayaqlarının torpaqlarımıza toxunmaması uğrunda canından keçmiş bir qəhrəman, "Mirpaşa” ləqəb ilə tanınan Hidayət Rüstəmov haqqında yazacam. "Yeddi oğul istərəm” filmini heç də təsadüfi xatırlatmadım sizlərə…Həmin filmin çəkildiyi ildə, 19 avqust 1970-ci ildə, haqqında yazacağım qəhrəman, Hidayət Eldar oğlu Rüstəmov (Mirpaşa) Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açıb…
Hidayət Eldar kişinin 4 qız, 3 oğlan övladlarının içində beşincisi idi. Öz nadincliyi, dəli-dolu hərəkətləri ilə digər uşaqlardan fərqlənirdi. Orta məktəbdə oxuduğu illərdə diribaşlığı, haqsızlığa qarşı barışmazlığı ilə özünü hamıya sevdirmişdi. Dərslərini o qədər yaxşı oxumurdu. Amma həmişə gücsüzün yanında olması, nadincliyi, necə deyərlər, yetənə yetib, yetməyənə bir daş atmasına baxmayaraq, müəllimləri onu təmiz ürəkli olmasına görə çox istəyirmiş… 1988-ci ildə orta məktəbi bitirən Hidayət həmin il Sovet ordu sıralarında xidmətə yollanır. 2 illik hərbi xidmətdən döndükdən sonra artıq mənfur qonşularımızın torpaq iddiasına görə Qarabağda qanlı münaqişə başladı, hətta hadisələrin gedişatı müharibənin labüdlüyünü ortaya qoyurdu. Hidayət tay-tuşları kimi ilk öncə bu haqq işində xalqının yanında olmağı seçdi.O, daxili işlər orqanına müraciət edərək, torpaqların müdafiə olunmasında iştirak etmək istədiyini bildirir. Onu, vətənin ağır günündə düşmənlə mübarizə aparmaq üçün Ağdam rayon polis (milis) idarəsinə işəqəbul edirlər. Beləcə, o polis forması geyinərək vətənin müdafiəsinə qalxır…
Meşəliyə gedən qəhrəmanlıq yolu…
Qarabağda bir kənd vardı- "Meşəli”… Qırxqız dağının ətəyində, füsünkar gözəlliyə malik olan bu kənd, adı kimi meşəliyin ortasında salınmışdı… Meşəli kəndi dörd bir tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu, zaman-zaman ermənilərin basqınlarına məruz qalır, əhali qorxu, həyacan içərisində yaşayırdı. Belə bir ağır zamanda Ağdam rayon polis idarəsinin əməkdaşları kömək məqsədi ilə bu kəndə göndərilir. Göndərilənlər arasında Hidayət də var idi… Gəldiyi gündən artıq kənd camaatı arasında bir polis olaraq, çevikliyi, peşəkarlığı, hazırlığı ilə seçilir. Xalqının düşmənlərinə, silahsız dinc əhaliyə qəflətən hücum edən, onları qətlə yetirən erməni yaraqlılarına qarşı həmişə amansız davranmasına görə, silahdaşları ona ləqəb də qoymuşdular…"Mirpaşa”…
Mirpaşa- Hidayət ermənilərin ara-sıra baş verən silahlı basqınlarına qarşı qorxmadan döyüşə atılır, yoldaşları və kənd camaatı ilə birlikdə onlara göz açmağa imkan vermirdi. O, hərbi xidmətdə atıcı vəzifəsində xidmət etdiyinə görə, silahlardan düzgün istifadə etməyi bacarırdı. Onun atdığı sərrast atəşlər hədəfdən yayınmırdı... "Mirpaşa” ermənilərin kabusuna çevrilmişdi… Hər dəfə ermənilər ciddi dirənişlərlə qarşılaşdığını görərək, qüvvələrinin sayını artırmaq, nəyin bahasına olursa olsun Meşəlini "susdurmaq” istəyirdilər. Onların niyəti o idi ki, kəndin əhalisini qırsınlar, kəndi yandırıb xarabalığa çevirsinlər, bununla da digər ətraf kəndlərə və rayonlara göz dağı verib, onları qorxuzsunlar…
Uzun hörüklü qız sevirəm…
Sonuncu döyüş….
Nicat Kolan
Digər Xəbərlər

Türkiyə səfirliyi 31 Martla bağlı paylaşım etdi - FOTO
jpg-1617343518.jpg)
Ermənilərin törətdiyi qırğınlar igilis və rus generallarının gözü ilə: “Erməni xisləti...”

Xankəndinin mərkəzindəki "edam otağı"ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb – YENİLƏNİB

Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM

Leyla Əliyevadan Ramazan bayramı münasibətilə paylaşım - VİDEO

İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım etdi - FOTO
