Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri, rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemləri hesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Adalet.az komitəyə istinadən xəbər verir ki, Hədəf Mərkəzinin analitik platforması tərəfindən Türkiyədən Azərbaycana "kartof" yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarında uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu üzrə nəzarətə götürülüb.
Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb.
Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı "kartof" yükünün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən karton qutular saxlanılıb.
Karton qutulara keçirilən baxış zamanı, ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Dövlət Gömrük Komitəsi bildirir ki, dərman vasitələrinin qanunsuz yolla gömrük sərhədindən keçirilməsi insanların həyat və sağlamlığı üçün böyük təhlükə yarada bilər və bu cür qanunsuz hərəkətlər yolverilməzdir, onların qarşısı ən ciddi şəkildə alınmaqla bu əməlləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər
Digər Xəbərlər
07 Yanvar 2026 17:13
Sərhəddə 128 milyon manatlıq qaçaqmal tutulub - VİDEO
07 Yanvar 2026 10:42
“Sosial eksperiment” adı altında dələduzluq edildi
06 Yanvar 2026 10:48
Polis aşkarladığı qanunsuz silah-sursatın sayını açıqladı
05 Yanvar 2026 17:42
Bakıda tədris mərkəzindən oğurluq olub
05 Yanvar 2026 13:26
Polis iki gündə 26 avtomat, 11 tüfəng, 26 qumbara aşkarlandı
05 Yanvar 2026 11:56
Keçmiş məhkum evdən külli miqdarda qızıl və pul oğurladı
01 Yanvar 2026 13:03
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - VİDEO
30 Dekabr 2025 17:20


Bakı -°C

