adalet.az header logo
  • Bakı -°C
02 Mart 2026 14:03
91
GÜNDƏM
A- A+

Kulturoloq: “Gələcəkdə bununla bağlı cərimələrin tətbiqi də mümkündür”

“Azərbaycan dilinin lüğət xəzinəsində ad yaratma ilə bağlı çox  maraqlı prosseslərin şahidi oluruq. Filoloq alimlər və tətqiqatçılar  bilirlər ki,  vaxtilə Azərbaycanda yaşayan  həm türklər, həm də digər  xalqlar bir-birilə təmasda olduqca , xüsusəndə imperiyaların tərkibində olan zaman din yayılanda müxtəlif advermə, adqoyma prosessləri gedib”.

Bu sözləri Adalet.az-a açıqlamasında  İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov söyləyib:

“Qədim zamanlarda yeni doğulan uşaqlara doğulan kimi adqoyma mərasimi etmirdilər. Bəzi bölgələrdə uşağın çiləsi çıxanda, bəzi bölgələrdə uşağın 1 yaşı tamam olanda, bəzi bölgələrdə isə  müəyyən yaş dövrü gəlib çatanda, yəni  uşaqlıqdan yeniyetməliyə keçid dövründə  adqoyma mərsimləri keçirilirdi.Bu prosess qızlarda və oğlanlarda fərqli baş verirdi. Xüsusən islamı qəbul edəndə sünnət vaxtı oğlan uşaqlarına ad qoyulurdu.
Qədim türklərdə isə daha çox hər hansı bir igidliyi göstərəndən sonra onlara adlar verilirdi.  Ancaq 10 yaşdan sonra artıq hər bir şəxsin  özünəməxsus adqoyma mərasimi olurdu.Sözsüz ki, adla bağlı ana dilimizdə olan sözlər və kəlmələrdən istifadə olunur. Digər xalqlara rəğmən bizdə həmişə çox gözəl adlar qoyulub. Çox az sayda ad və soyadlarda heyvan adları, təbiət adlarından istifadə olunub.  Hətta ad və ya soyad olaraq istifadə olunan heyvan adları da çox gözəl heyvanların adlarından ibarətdir.   Siz heç vaxt görə bilməzsiniz ki, insana “köpək”,  “pişik”  adı qoyulsun.Bəli, “Məstan” sözü var, ancaq o da bir əzizləmə  mənasını verir. Ona da çox az adam müraciət edir.Təbiətdən götürülmüş çiçək adları gözəlliyi tərənnüm edir.  Heç birinin xoşagəlməz mənası yoxdur.Ümumiyyətlə, adlar insanın taleyini müəyyənləşdirir.  Son illərin tətqiqatları göstərir ki, insan beynində nəyə adaptasiya olursa, onu da icra etməyə çalışır.  Əməl və onun reallaşması çox vacib məqamdır. Bu, adqoymaya da aiddir.Azərbaycanda islamın qəbul edilməsi ilə əlaqədar ərəb və fars dilindən çoxsayılı  sözlər, kəlmələr və adlar gəldi.  Bu adlar bəziləri milliləşdirildi,  bəziləri  unuduldu, bəziləri isə Azərbaycan adları ilə birləşdirildi.Çox maraqlıdır ki, bu, uzun müddət  həm islam düşüncəmizin, həm də ərəb xilafətinin və fars imperiyasının tabeliyində, Şahsevərlər imperiyasının tərkibində yaşamağımızdan irəli  gəlirdi. Bu səbəbdən qonşu xalqlardan aldığımız adlar da kifayət qədərdir. Əsas adlarımız sözsüz ki, Azərbaycan türkcəsindən götürülmüş sözlərdir.  Bu sözlər tam aydın formada insanın taleyini müəyyənləşdirə biləcək enerjini özündə ehtifa edir”.

Aydın Xan Əbilov  adların formalaşmasında Azərbaycan Ədəbiyyatının mühüm rolunun olduğunu söyləyib:

“XX əsrdə,  ondan biraz əvvəl  Hüseyn Cavid, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir kimi mütəfəkkirlərin əsərində,  Səməd Vurğun, Rəsul Rza və o nəsildən olan şair və yazıçılarımız, 60-cı illərdə isə yazıçı Anar  və digər yazıçılar ad yaradılması ilə bağlı çox böyük  təkan verə biləcək bir mərhələni yaratmış oldular.  Bu ədiblərin arasında xüsusilə Cəfər Cabbarlını xatırlamaq kifayət edir. “Aydın”, “Gülər”, “Sevinc” v.s kimi adlar məhz həmin yazıçıların zamanında müəyyənləşdi və zaman- zaman xalqın yaddaşına möhürləndi.  Yazıçılarımızın ədəbi cəhdi  adların leksik vahid olaraq formalaşmasına təkan verdi.Qeyri- etik səslənən adlar da var. İndi bizə qeyri-etik səslənsədə, hansı ki həmin adlar sovetlər dönəmində çox istifadə olunurdu.  “Traktor” “Tavat”,  “Sovet”, “Qızqayıt”, “Qulbeçə”, “Qızyetər” v.s kimi adlar var ki, indi leksikonumuzda unudulmaqdadır. Bunlar və bu kimi adlar artıq arxaik adlara çevrilməkdədir.Valideynlər uşaqlarına ad seçəndə kifayət qədər məsuliyyətli olmalıdırlar.  Valideyn bilməlidir ki, uşağa cəmiyyətlə adla müraciət olunur.  Ad insan həyatının həlledici hissəsidir. Valideynlər öz arzuları ilə yanaşı onların parlaq gələcəyinin olması üçün müsbət xarakter daşıyan adlar seçməlidirlər.Uşaqlara elə adlar verilməlidir ki, onlar adları ilə çağrılanda utanmasınlar.Toyda, nigah mərasimində, yasda həmin ad səslənəndə ad gülüş obyektinə çevrilməsin”.

Kultroloq qeyd edib ki, Ədliyyə Nazirliyi bununla bağlı informasiya bankı hazırlayıb:

 “Adların mənalarını özün ehtifa edən elektron və kağız varinatında  informasiya bankı hazırlayıb. Həmin informasiya bankında  Azərbaycan cəmiyyətinə, xüsusəndə nigah bağlayan cütlüklərin, uşağın dünyaya gəlməsini rəsmiləşdirən qurumların nəzərinə çatdırıb . Bununla bağlı bəzi normativ aktlar da var. Ancaq əsas məsələ isə icitmai qınaqdır. Düşünürəm ki, bu  məsələdə ictimai qınaq mühüm rol oynayır. Valideyn inzibati məsuliyyət daşıyır. Gələcəkdə bununla bağlı cərimələrin tətbiqi də mümkündür.Ancaq düşünürəm ki, cərimələnmədən əvvəl, maarifləndirici  söhbətlər aparmalıyıq”.

Əntiqə Kərimzadə