adalet.az header logo
  • Bakı -°C
02 Mart 2026 15:46
83
DÜNYA
A- A+

Paşinyan Pezeşkiana başsağlığı verdi

Ermənistanın baş naziri Nikol Paşinyan İran rəhbərliyi və vətəndaşları arasında baş verən itkilərlə bağlı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı teleqramı göndərib.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. 

Paşinyan İran ətrafında baş verən hadisələri böyük narahatlıqla izlədiyini bildirib: "Ermənistan-İran münasibətlərinin inkişafında İslam İnqilabının Ali Lideri Əli Xameneinin şəxsi rolunu həmişə xatırlayacağıq. Bu çətin dövrdə Yaxın Şərqdə sülhün və sabitliyin tezliklə bərqərar olmasına ümid edirik".