Xameneinin həyat yoldaşı öldü
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə Baqirzadə bu gün ölüb.
Adalet.az xəbər verir ki, İranın Ali Liderinin həyat yoldaşı 28 fevralda ABŞ və İsrailin hərbi hava hücumları nəticəsində komaya düşmüşdü.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər./Trend
Digər Xəbərlər
10 Mart 2026 21:00
İran İsrailə ballistik raketlərlə hücum edir
10 Mart 2026 20:51
İsrail Kirmandakı neft bazasını VURDU - VİDEO
10 Mart 2026 20:43
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
10 Mart 2026 20:35
İmamoğlunun məhkəməsindən görüntüləri yayan şəxslərlə bağlı araşdırma başladıldı
10 Mart 2026 20:19
Zelenski və Ərdoğan İran ətrafındakı vəziyyəti müzakirə etdilər
10 Mart 2026 20:01
Uydurma tərcümeyi-halı ilə 350 milyon dollarlıq startapın baş direktoru oldu
10 Mart 2026 19:42
Merkel, Zelenski və Valensa Avropa Xidmət Ordeni ilə təltif olunublar
10 Mart 2026 19:22


Bakı -°C

