Kurban Berdiyevə güzəşt edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” tərəfindən komandanın baş məşqçisi Kurban Berdiyev barədə verilən apellyasiya şikayətini təmin etməyib.
Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin Misli Premyer Liqasında “Sabah”la keçirilmiş XXX tur oyununun 19-cu dəqiqəsində K. Berdiyevin meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanması, həmçinin klubun 4000 manat məbləğində cərimə olunması və şərti cəzaya dair 3 ay sınaq müddəti təyin olunması ilə bağlı qərarı dəyişdirilməyib.
Maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.
Digər Xəbərlər
28 Sentyabr 2026 09:48
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
28 Sentyabr 2026 09:11
Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48


Bakı -°C

