"Kurtlar Vadisi"nin "İplikçi Nedim"i vəfat etdi - FOTO
"Kurtlar Vadisi"nin daha bir aktyoru həyata vida etdi.
Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, türkiyənin məşhur aktyoru İsmail İncekara vəfat edib.
Məlumatı aktyorun həmkarı Zafer Algöz sosial media hesablarında yazıb. İncekara 72 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.
Bir çox ekran işində rol alan aktyor "Kurtlar Vadisi" serialında canlandırdığı "İplikçi Nedim" obrazı ilə yaddaşlarda qalıb. O, "Dünyayı kurtaran adamın oğlu", "Dar alanda kısa paslaşmalar", "Deli yüre" kimi ekran işlərində də rol alıb.
Qeyd edəki, ötən aylarda “Qurdlar vadisi” serialında Tuncay Kantarcı obrazı ilə azərbaycanlılara yaxşı tanış olan Avstriya əsilli türk aktyor və rejissor Osman Vöber də həyatını itirdi.
Həmin məlumatı da türkiyəli aktyor Zəfər Algöz sosial media hesabında yazmışdı:"Dəyərli dostumuz Osman Vöberin qəfil infarkt keçirərək dünyasını dəyişməsi xəbərini aldıq. Çox kədərləndim. Başımız sağolsun",
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C


