Kurtulmuş: Azərbaycan, Pakistan və Türkiyənin yeni əməkdaşlıq imkanları müzakirə olunub

İslamabadda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü çərçivəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş "X"də yazıb.
Paylaşımda "Qardaşlıq əlaqələrinin gücləndirilməsi: regional sülh, təhlükəsizlik və rifah üçün Parlamentlərarası əməkdaşlıq" mövzusunda keçirilən görüşdə qurulmuş mövcud mexanizmin "bir millət, üç dövlət" şüarı ilə əməkdaşlığı hər sahədə institutlaşdırmağın önəmi vurğulanıb.
"Qardaş Pakistan və Azərbaycana verdiyimiz güclü dəstəyi həmişə davam etdirəcəyimizi bildirdik. Həmçinin, Fələstin məsələsində "ikidövlətli həll" əsasında daimi atəşkəsin təmin edilməsinin və humanitar yardımın sürətlə çatdırılmasının əhəmiyyətini ifadə etdik", - deyə N.Kurtulmuş əlavə edib.
O diqqətə çatdırıb ki, Azərbaycan və Pakistanın da töhfələri ilə yaradılmış Fələstini Dəstəkləyən Parlamentlər Qrupunun fikir birliyi və həmrəylik içində daha əhatəli və təsirli bir quruma çevrilməsi vacibdir.
Digər Xəbərlər

İsrailin Baş naziri ABŞ Prezidentinə qızıl göyərçin hədiyyə edib

"Bu, əla gündür və yeni başlanğıcdır” - Tramp

HƏMAS daha 13 girovu azad edib - YENİLƏNİB

“Talibanın Əfqanıstanda hakimiyyətdə olması, Pakistanı təhdid edir”

“Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir...”

Nazir: Ermənistan Türkiyə investisiyalarına açıqdır

Donald Tramp: "Qəzza bölgəsində müharibə sona çatdı"
