“Laçın dəhlizi bağlansınmı? - Deputatlardan reaksiya
Ötən həftə Azərbaycan ictimaiyyətinə məlum oldu ki, Laçın dəhlizi ilə Rusiya sülhməramlıları "humanitar yardım” adı altında Xankəndiyə silah daşıyır.
Bu xəbərdən sonra “Laçın dəhlizinin bağlanması” mövzusu gərgin müzakirələrə səbəb oldu.
“Dəhliz bağlansınmı?
Adalet.az xəbər verir ki, Milli Məclisin iclasında deputatı Aqil Abbas sorğumuzla bağlı suala cavab verib. Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı beynəlxalq arenda görüşlər keçirildiyi bir ərəfədə Laçın dəhlizinin bağlanması məqsədəuyğun hesab olunmur:” Çünki elə bu fakt kifayət edir ki, ermənilər dünya mətbuatında Azərbaycanı öz bildikləri kimi təhlil etsinlər, haqsız çıxartsınlar. Düşünürəm ki, dəhlizinə Rusiya sülhməramlıları ilə birgə Azərbaycan Ordusu da nəzarət etsin. Daha dəqiq, Laçın dəhlizinə nəzarətə paralel olaraq ordumuz da qatılmalıdır”.
Qeyd edək ki, mövzu ilə bağlı Milli Məclisin iclasında deputat Fəzail Ağamalı da bu gün təkliflə çıxış edib. Onun fikrincə Azərbaycan Laçın dəhlizində öz postunu yaratmalıdır.
.
F. Ağamalı qeyd edib ki, Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin:“O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycana silahlar gəlir. Bunu edənlər kimdir? Erməni separatçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr”.
Deputat onu da vurğulayıb ki, heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Mart 2026 18:42
Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının toplantısında - FOTO
27 Mart 2026 17:40
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi
27 Mart 2026 16:27
Ceyhun Bayramov Mirzoyanla müzakirə apardı
27 Mart 2026 16:10
Putin İlham Əliyevə təşəkkür etdi
27 Mart 2026 11:54
İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR
27 Mart 2026 11:52
“Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünər, amma...”
27 Mart 2026 11:13
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü
27 Mart 2026 11:10


Bakı -°C

