Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 İL ÖTÜR
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür.
Adalet.az xatırladır ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.
Laçın sərhəd-buraxılış məntəqəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə qurulmuşdu.
Prezident İlham Əliyevin bildirdiyi kimi, 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası deməkdir.
Digər Xəbərlər
17 Dekabr 2025 17:53
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
17 Dekabr 2025 17:25
Səhiyyə Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib
17 Dekabr 2025 16:41
Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17 Dekabr 2025 16:29
Ailə vəzifələri olan işçilərin işdən çıxarılması cinayət məsuliyyəti yaratsın - TƏKLİF
17 Dekabr 2025 15:57
"Bu, kişini hörmətdən salmır, ona olan etibarı artırır" - Komitə sədri
17 Dekabr 2025 15:42
MTV kanalına xəbərdarlıq edilib
17 Dekabr 2025 14:35
Kamran Əsədovun cinayət işinin detalları - Pinəçi də istintaqa dəvət olunub - FOTOLAR
17 Dekabr 2025 14:31


Bakı -°C

