"Laçını Ankaradan ayrı görmürük" - Fuat Oktay
"Hər sahədə əməkdaşlığımız iki dost ölkənin deyil, iki qardaş arasında əməkdaşlıq kimidir. XXI əsrdə də tarix yazmağa davam edirik".
Adalet.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay deyib.
O bildirib ki, ölkələrimiz arasındakı əlaqələr həm bölgənin inkişafına, həm də qlobal inkişafa töhfə verməkdədir: “Dünyanın bir çox bölgəsində qeyri-sabitliyin şahidi oluruq. Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verən hadisələr əlaqələrimizin daha da gücləndirilməsini labüd edir. Azərbaycan-Ermənistan sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır".
Oktay Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayıb: "Bizlər Laçını Ankaradan ayrı görmürük. Bəxtiyar Vahabzadənin də dediyi kimi, bizlər eyni ananın iki oğlu, eyni ağacın iki budağıyıq. Bayraqlarımız, vətənlərimiz, dövlətlərimiz, parlamerntlərimiz daim olsun".
Digər Xəbərlər
27 Yanvar 2026 12:27
Ceyhun Bayramov Çinə səfər edəcək
27 Yanvar 2026 12:25
“Türkiyə İrana müdaxilə ərəfəsində neytrallığını qorumağa söz verib...”
27 Yanvar 2026 12:15
Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR
27 Yanvar 2026 10:55
“Rusiya komandanlığının tükədici taktikası Ukraynada heç bir nəticə vermir”
27 Yanvar 2026 09:42
Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
26 Yanvar 2026 19:42
İsrailin xarici işlər naziri Milli Məclisin deputatları ilə görüşüb - FOTO
26 Yanvar 2026 19:15
Gücü olan qaydanı qoyur -Səxavət Məmməd yazır
26 Yanvar 2026 19:05


Bakı -°C

