adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Fevral 2024 14:36
4165
MARAQLI

LAÇINLI AĞDAMLINI NECƏ DOLADI?

Bir ağdamlı Laçına dostugilə qonaq gedir. Yeyib-içəndən sonra dostuna deyir:

- Bəlkə bir ayı ovuna gedək?

Dostu razılaşırlar və  çıxırlar  meşəyə. Xeyli gedəndən sonra qabaqlarına bir ayı çıxır, laçınlı ayını görən kimi başlayır kəndə tərəf qaçmağa. Ağdamlı  dostunun  qaçdığını  görüb o da başlayır qaçmağa. Təngnəfəs olur və fikirləşir ki, əlimdə  vinçestr tüfəng niyə qorxub qaçıram, çevrilir ayının  döşünü  verir  güllənin altına, ayı yıxılır. 
Dostu ağdamlının ayını vurduğunu görüb qayıdır geri, tərini silə-silə deyir:

- Ə, ayını niyə vurdun?

Ağdamlı:

- Qaqa, niyə qaçırdın, biz ayı ovuna gəlməmişdik? 

Dostu:

- Ə, avara, mən qaçmırdım ey, onu  kəndə çatanda  vuracaqdım. İndi onu kəndəcən özün daşıyacaqsan.