adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Sentyabr 2021 10:56
567
SAĞLAMLIQ

«Moderna» peyvəndindən 2 nəfər öldü

Yaponiyada istehsalı dayandırılan «Moderna» peyvəndi  vurulan iki nəfər dünyasını dəyişib.

Ölkənin Səhiyyə Nazirliy yad maddələr aşkar edildikdən sonra istifadəsi dayandırılan «Moderna» seriyalı aşılarının ilk dozasını alan 30-38 yaş arası iki nəfərin bir müddət sonra öldüyünü açıqlayıb.

«Moderna» peyvəndini istehsal edən “Takeda” şirkəti  və Yaponiyada satışdan məsul olan ortağı ölüm səbəblərinin nazirlik ilə birlikdə araşdırıldığını biridib.

Açılmamış «Moderna» peyvəndinin flakonlarının çirkləndiyini və bəzi flakonlarda xarici maddələr olduğunu deyən Yaponiya Səhiyyə Nazirliyinin rəsmisi 1.6 milyondan çox “Moderna” peyvəndinin geri qaytarıdığını açıqlayıb.

Digər tərəfdən “Takeda” şirkəti təhlükəsizlik tədbiri olaraq İspaniyaya göndərilən peyvəndlərin geri qaytarıldığını bəyan edib.

Mövzu ilə əlaqədar verdiyi açıqlamada Nazirlər Kabinetinin üzvü Kono Taro "potensial çirklənmə" aşkar edildiyi seriyadan 500 mindən çox peyvənd vurulduğunu təsdiqləyib.

İLTİFAT