18 Noyabr 2024 18:20
78
DÜNYA

Lavrov Ərdoğanla danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupunun (G20) sammitinin ilk plenar iclasından əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.

Adalet.az xəbər verir ki, sammitdə yan-yana oturan Lavrovla Ərdoğanın qısa söhbəti olub.

Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda keçiriləcək. Lavrov Rusiya prezidenti Vladimir Putinin adından Rusiya nümayəndə heyətinə başçılıq edir.