adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2023 16:37
785
GÜNDƏM
A- A+

Lavrovun etirafı: "Heç kimin bizi sevmədiyi bir həqiqətdir"

"Əslində heç vaxt Rusiyanı heç kim sevməyib, ondan situasiya koalisiyaları yaratmaq üçün istifadə ediblər və bu, faktdır".

Adalet.az xəbər verir ki, bunu bu gün “Primakov oxunuşları” beynəlxalq elmi-ekspert forumunun doqquzuncu dəfə 

keçirilən konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:“Bu bir həqiqətdir ki, bizi heç kim həqiqətən sevməyib. Situasiya koalisiyaları yaradaraq bizdən fransızlar, ingilislər, almanlar, avstro-macarlar tərəfindən istifadə olunması da faktdır”, - Lavrov bildirib.

 Qeyd edək ki,  forum E.M. Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun təşəbbüsü ilə noyabrın 27-28  tarixlərində  keçirilir. 

P.S. Lavrovun üzülərək "bizi heç kim sevmir" deməsi əslində rusları - Rusiyanı idarə edən hakimiyyətin son 30 ildə qonşularına və dünyanın bəzi dövlətlərinə və əhalilərinə qarşı apardıqları siyasətin süjetinə baxsalar, yəqin ki, bu qədər təəssüflənməzlər. 

 Əntiqə Rəşid