“ Göydə Allah, yerdə Qala bizi qorudu" - Rəşad Məcid yazır

"Şuşa, sən azadsan" filmi haqqında qeydlər
“ Şuşaya girəndə vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”
“ Göydə Allah, yerdə Qala bizi çox qorudu.”
“ Babalarımızın miras buraxdığı Qala divarları bizim işimizə yaradı. Onlar sanki bu divarları ona görə tikmişdilər ki, vaxtı gələcək Azərbaycan əsgərinə bu qala divarları lazım olacaq.”
“ Artıq Laçın karidorunu keçmişdik ,İsa bulağı istiqamətində , meşənin içində , gizli mövqelərdə qərar tutmuşduq. Həmin vaxtda sanki Allahın göndərdiyi bir bulud topası başımızın üstündə fırlanmağa başladı, həmin ərazini duman basdı. Havanın qarışmasından istifadə edərək yolun 4-5 metrliyinə çatanadək getdik, düşmənin ağlına da gəlməzdi ki, biz artıq qarşıdayıq”
“ Şuşanı görəndə elə bil təzədən doğulduq.”
“ Şuşanın azad olunmasında təkcə Azərbaycan əsgəri döyüşmürdü, həm də Şuşa şəhərinin özü döyüşürdü, Şuşa qalasının divarları döyüşürdü, Şuşanın binaları döyüşürdü- əsgərlərimizi qoruyurdu, təbiət döyüşürdü”
Bakı Media Mərkəzinin hazırladığı “Şuşa, Sən Azadsan” sənədli filmi şərəfli tariximizi yaradan əfsanəvi qəhrəmanlarımızın söhbətləri əsasında çəkilib. Qürur duyduğumuz
Vətən Müharibəsi Qəhrəmanlarının müsahibələrindəki bu fikirlər onların təkcə igidliklərinin yox, həm də ruhi və mənəvi zənginliyinin, fəhm və istedadının göstəricisidir.