adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Fevral 2021 18:28
36559
ŞOU-BİZNES

“Qabırğanı nə edirəm?”- Ayan kişilərdən danışdı

“Mən dəli-dolu insanam, ona görə də sözün düzünü deyirəm. Bilirsiniz, mən insanların daxilindən gələnləri səsləndirirəm. Mən heç bir zaman pis bir şey demirəm. Keçən dəfə söylədim ki, o kəslə ailə quraram ki, mənim yükümü çəkə bilsin”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva verilişlərdən birində qonaq olarkən səsləndirib:

“Burada pis nə var? Normal həyatda hansısa oğlan qıza elçi gedəndə qızın atası soruşur ki, nəyin var? Maşının var? Evin var? İşin, gücün var? Həmin ata balasını əziyyətlə böyüdüb. Mənim evlərim də var, maşınım da var. Əgər mən tək yaşaya bilirəmsə, qabırğanı nə edirəm? Mən balamı tək böyüdə bilirəm. Əgər sən məni mən yaşadığımdan bir pillə yuxarı yaşada biləcəksənsə, o zaman tanış olaq, bir-birimizi anlayaq və ailə qurub yaşayaq. Ailə qurmaq elə-belə bir şey deyil. Bu ayaqqabı deyil ki, ayağımızı sıxsın, biz də dəyişək. Ailə məsuliyyətdir”.

Rövşən Tahir