“Türk PUA-ları müharibə strategiyasını dəyişdi” - Ərdoğan
Bütün qaralama kampaniyalarına rəğmən, türk PUA-ları dünyada həsədlə təqdir edilir.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə PUA-ları əldə etdiyi uğurlarla 44 günlük Qarabağ zəfərində olduğu kimi müharibə strategiyalarını dəyişdirdi.
“Zərbə PUA-ları Liviyadakı müharibənin də gedişatını dəyişdirib”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri PUA-ların uğurlarının digər məhsullara da marağı artırdığını əlavə edib.