Lənkəranda ƏMƏLİYYAT: 32 nəfər saxlanıldı
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Əliyev narkotik vasitə heroini satarkən saxlanılıb.
Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Verilən məlumata görə, əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin Lənkəran sakini, əvvəllər məhkum olunmuş Bünyad Heydərov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən baxış zamanı B.Heydərovun üzərindən və yaşadığı evdən ümumilikdə 8 kiloqram 300 qram heroin aşkarlanaraq götürülüb. Onun sözügedən narkotik vasitəni satışının təşkil olunmasından ötrü xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən olunub.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 32 nəfər saxlanılıb. Faktlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
Digər Xəbərlər
13 Dekabr 2025 17:11
Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb
13 Dekabr 2025 14:08
Salyanda narkotik vasitə satmaq istədilər - Tutuldular
13 Dekabr 2025 12:40
Bakıda quldurluq edib Tərtərdə gizləndi - VİDEO
13 Dekabr 2025 11:02
İşğaldan azad olunan bölgələrdə silah-sursat aşkarlandı
11 Dekabr 2025 12:45
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədi - FOTO
11 Dekabr 2025 10:09
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28


Bakı -°C

