«LEOPARD» ELƏ ÇIRTAÇIRTLA YANIR Kİ
Almanların «Leopard» tankı hələ ki dünyada ən güclü, əvəzsiz döyüş texnikası sayılır. Bir dəfə Moskva televiziyalarının birində almanların ukraynalılara «Leopard» tankı verdiyi ilə bağlı müzakirə gedirdi. Aparıcı verilişdə olan bir generaldan soruşdu ki, bu tankı vurmaq olmur, yanmır?
General təbəssümlə dedi:
- Suriyada vururduq, elə çırtaçırtla yanırdı ki.
İndi Fransa «dəliyə yer ver, əlinə tank ver» fəlsəfəsi ilə Ermənistana külli miqdarda zirehli texnika, silah-sursat, hava hücumundan müdafiə sistemləri və sairə və ilaxır bağışlayıb. Ermənistanı yenidən müharibəyə həvəsləndirir. Bircə Qənimətlər parkımızda Makronun texnikalarının yeri əskikdi. Xeyli ərazi də boşdu, yəni Ermənistan Makrona çox güvənməsin.
Biz müharibə istəmirik, sülh istəyirik. Əgər Ermənistan hələ ağıllanmayıbsa və savaş istəyirsə onu alar. Biz savaş istəmirik, biz bizimlə savaşanlarla savaşırıq.
Əslində erməni xalqı da savaşmaqdan yorulub. Makron kimi yuxa qulağı sulayanlar olmasa yəqin ki, Ermənistan da sülh istəyər.
Digər Xəbərlər
25 Sentyabr 2026 13:50
Moskvada universitetlərdə nə baş verir?
25 Sentyabr 2026 13:04
5 qazax hərbçi həbs edildi - SƏBƏB - YENİLƏNİB
25 Sentyabr 2026 12:49
Putinin köməkçisi Nyu-Yorkda Vitkoff və Kuşnerlə görüşüb
25 Sentyabr 2026 12:23
Kiyevdə Ali Ədliyyə binasına raket hücumu olub
25 Sentyabr 2026 12:12
"İranın nüvə bombası yaratmaq planı yoxdur" - Pezeşkian
25 Sentyabr 2026 11:35
Türkiyə dünyanın ən böyük kosmik tədbirlərindən birinə ev sahibliyi edəcək
24 Sentyabr 2026 23:47
Türkiyəli nazirdən istefa verməsi xəbərlərinə REAKSİYA
24 Sentyabr 2026 23:33


Bakı -°C

