Levon Şirinyanın ittihamı: " II Qarabağ müharibəsini başladan Kremlin tamadalığı..."
Maraqlı və orjinal açıqlamaları ilə hər zaman diqqət mərkəzində olan politoloq Levon Şirinyan bu dəfədə vərdişindən əl çəkməyib.
Oxucularım Şirinyanı “Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” frazasından sonra tanımağa başladılar.
Adalet.az xəbər verir ki, politoloq Şirinyan bu dəfə də onun açıqlamasını dinləyənləri təəccübləndirə bilib. Onun sözlərinə görə, Kreml Ermənistanın vasitəçisi olmayıb və ola da bilməz.
Şirinyan iddia edib ki, ermənilərə qarşı İkinci Qarabağ müharibəsini Kreml başladıb.
“Kreml vasitəçilik edəcək, türklər rədd edəcəklər, Moskvanın tamadalığının qəpik qədər dəyəri olmayacaq. Moskvanın vasitəçiliyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında müsbət nəticə əldə etməyin mümkünlüyünə şübhə edirəm”. - deyə o bildirib.
.jpg)
Qeyd edək ki. hələ 44 günlük müharibədən çox illər əvvəl Levon Şirinyan: “Ruslar erməniyə qul kimi baxır”frazası erməniləri iki cəbhəyə bölmüşdü. O vaxt Rusiyanı tərəfdaş kimi görənlərin sayı indikindən qat-qat artıq idi.
Əntiqə Rəşid
Digər Xəbərlər
05 Mart 2026 21:25
Mirziyayev İlham Əliyevə zəng etdi
05 Mart 2026 20:03
BƏƏ Prezidenti İlham Əliyevə zəng etdi
05 Mart 2026 19:33
Türkiyənin müdafiə naziri Zakir Həsənova zəng etdi
05 Mart 2026 19:23
Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ - YENİLƏNİB
05 Mart 2026 19:12
Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu - YENİLƏNİB
05 Mart 2026 19:02
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - VİDEOSU
05 Mart 2026 18:24
İsrailin xarici işlər naziri Ceyhun Bayramova zəng etdi
05 Mart 2026 18:04


Bakı -°C

