Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
“AZCON Holding” şirkətlərindən olan “Aztelekom” MMC “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rabitə və internet xidmətlərinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Adalet.az xəbər verir ki, bu ilin yanvar-iyun ayları ərzində 3,367 yeni abunəçinin (3,195 ev təsərrüfatı və 172 biznes subyekti) xidmətlərə qoşulması nəticəsində Dövlət Proqramının icrasına başlanıldığı vaxtdan cari ilin iyul ayınadək azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkəsinə qoşulanların ümumi sayı 10,495 abunəçiyə (9,951 ev təsərrüfatı və 544 biznes subyekti) çatıb.
Qeyd edək ki, hesabat dövründə işğaldan azad olunmuş ərazilərdə yerləşən 11 şəhər mərkəzi, 34 kənd və qəsəbədə yeni abunəçilərin yüksəksürətli internet və telefoniya xidmətlərinə qoşulması təmin edilib.
“Aztelekom” MMC tərəfindən həyata keçirilən tədbirlər bölgədə mövcud rabitə infrastrukturunun imkanlarının genişləndirilməsinə və əhalinin rəqəmsal xidmətlərə çıxışının artırılmasına yönəlib.
Digər Xəbərlər
12 Avqust 2026 13:43
“iPhone”lar bütün dünyada bahalaşa bilər
12 Avqust 2026 12:47
İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
11 Avqust 2026 16:16
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
10 Avqust 2026 12:32
Azərbaycanda süni intellektli “Aysu” təqdim edildi - Nə edəcək? - VİDEO
05 Avqust 2026 11:55
Apple “Telegram”ı niyə “App Store”dan çıxardı?
04 Avqust 2026 11:14
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
02 Avqust 2026 19:00
Avropa İttifaqında süni intellektdən istifadəyə dair yeni qaydalar hazırlandı
30 Iyul 2026 10:35


Bakı -°C

