Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət etdi - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda əlilliyi olan gənclərin də çalışdığı ilk və yeganə inklüziv iaşə obyekti olan “Kaşalata” kafeni ziyarət edib.
Adalet.az xəbər verir ki, Leyla Əliyevanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kafenin həmtəsisçiləri Natavan Məmmədova və Aytən Eynalova qarşılayıblar.
Heydər Əliyev Fondunun vitse-prezidentinə əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək məqsədilə yaradılan bu inklüziv kafenin fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, Bakının Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən “Kaşalata” kafe “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə təsis edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, “Pasha Holding” və “Trendyol Azərbaycan”ın dəstəyi ilə yaradılan “Kaşalata” kafedə məşğulluğu təmin edilən 20 nəfər gəncdən 10 nəfəri əlilliyi olan şəxslərdir.
Leyla Əliyeva kafedə yaradılmış şərait və iş mühiti ilə tanış olub, burada məşğulluğu təmin edilmiş əlilliyi olan gənclərlə görüşərək onlarla söhbət edib.
Autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupu tərəfindən “Sən Ey Uşaqlıq” mahnısı ifa olunub. Autizmli şəxslər Leyla Əliyevaya hazırladıqları əl işlərini hədiyyə ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti “Kashalata” inklüziv kafesinin əməkdaşları ilə xatirə fotoları çəkdirib.
Digər Xəbərlər
08 Yanvar 2026 17:42
Yağıntı intensivləşəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
08 Yanvar 2026 13:05
Sabah dağlıq ərazilərdə qar yağacaq
08 Yanvar 2026 12:59
Azərbaycan Avropaya ilbiz məhsullarının ixracına başlayır
08 Yanvar 2026 11:31
Azərbaycanda quş qripinə yoluxma var? - RƏSMİ CAVAB
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 11:26
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:08


Bakı -°C

