Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı oldu - FOTOLAR
Fevralın 24-də Leyla Əliyeva Quba rayonuna səfəri çərçivəsində arıçı Zəfər Əzizovu evində ziyarət edib.
Adalet.az xəbər verir ki, görüş zamanı Leyla Əliyeva arıçı ailəsi ilə səmimi söhbət edib, təsərrüfatın gündəlik fəaliyyəti ilə yaxından maraqlanıb. Zəfər Əzizov arıçılıq sahəsindəki təcrübəsi və ailəsinin təsərrüfatı olan “Ballı Pətək” brendi haqqında ətraflı məlumat verib. 1997-ci ildən peşəkar arıçılıqla məşğul olmağa 2 arı ailəsi ilə başladığını bildirən Z.Əzizov hazırda onların sayının 200-ü ötdüyünü deyib. Qeyd edib ki, ailə təsərrüfatı 2010-cu ildən “Ballı Pətək” brendi ilə fəaliyyətini genişləndirərək bazara may, meşə və dağ balları təqdim edir. Z.Əzizov bal və digər arı məhsullarını əldə etmək üçün arı ailələrini Xaçmaz, Şabran, Qusar, Quba və başqa rayonlara apardığını vurğulayıb. Bildirilib ki, illik istehsal gücü 2-3 ton olan təsərrüfatda, həmçinin arı südü, çiçək tozu və güləm kimi faydalı məhsullar əldə edilir. Bununla yanaşı, Z.Əzizov cins ana arı yetişdirməklə də məşğuldur.
Səmimi mühitdə keçən görüşün davamında Leyla Əliyeva ev sahibləri ilə birgə arı mumundan təbii şamların hazırlanmasında yaxından iştirak edib.
Arıçı Zəfər Əzizov və ailəsi Leyla Əliyevaya səmimi ziyarətə və diqqətə görə minnətdarlığını ifadə edib, ona hədiyyə təqdim edib.
Digər Xəbərlər
25 Fevral 2026 11:14
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı xalçaların kəsim mərasimində - FOTOLAR
25 Fevral 2026 10:38
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
25 Fevral 2026 10:33
Hörmətsiz davranış sərgiləyən ər-arvad məsuliyyət daşıyacaq
25 Fevral 2026 10:27
Leyla və Alena Əliyevalar Cümə məscidində - FOTOLAR
25 Fevral 2026 10:19
Leyla və Alena Əliyevalar Qubadakı internat məktəbi və STEAM mərkəzində - FOTOLAR
25 Fevral 2026 09:54
Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - VİDEO + FOTOLAR
24 Fevral 2026 19:46
Pensiya alanlara ŞAD XƏBƏR: Mart ayında...
24 Fevral 2026 18:12


Bakı -°C

