Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı xalçaların kəsim mərasimində - FOTOLAR
Heydər Əliyev Fondunun, "PASHA Holding"in və "PMD Projects"in təşkilatçılığı ilə "Azərxalça" ASC-nin yaradıcı heyəti və usta toxucularının birgə zəhməti nəticəsində Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında keçirilib.
Adalet.az xəbər verir ki, xalçaların kəsim mərasimi Leyla Əliyevanın iştirakı ilə olub.
Leyla Əliyeva emalatxananın fəaliyyəti ilə tanış olub, toxucularla söhbət edib, xalçalara son ilmələri atdıqdan sonra Şuşa məscidi üçün hazırlanan xalçaların kəsim mərasimində iştirak edib.
Qeyd edək ki, Şuşa məscidinin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq xüsusi dizayn əsasında hazırlanıb. Hər birinin eni 12, uzunluğu 19 metr olan iki xalçanın ümumi uzunluğu 38 metrdir. Məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsindən ötrü hazırlanan bu iki xalçanın toxunmasına 2025-ci il yanvarın 21-də başlanılıb. Şabranda toxunan iki xalçanın ərsəyə gəlməsində 50-yə yaxın toxucu qadın iştirak edib, onlar 50 milyona yaxın ilmə atıblar. Xalçalar Azərbaycan xalçaçılıq sənətinin yüksək peşəkarlığını və zəngin bədii irsini özündə əks etdirir. Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda iki dəzgah sifariş edilib. Dəzgahlar xaricdən dəvət olunmuş mütəxəssis qrupu tərəfindən məhz "Azərxalça" ASC üçün hazırlanıb.
Xatırladaq ki, Şuşa məscidinin birinci mərtəbəsi üçün hazırlanmış, diametri 22,17 metr olan və ümumdünya xalçaçılıq tarixində analoqu olmayan dairəvi əl xalçasının kəsilməsi mərasimi bu ay Leyla Əliyevanın iştirakı ilə keçirilmişdi. "Qarabağ" xalça qrupuna aid motivlər və "Xətai" ornamentləri əsasında hazırlanan həmin nadir sənət əsərinin toxunma prosesində 150 toxucu xanım iştirak edib, xalçaya təxminən 60 milyon ilmə vurulub.
Digər Xəbərlər
25 Fevral 2026 11:39
“Əgər dəstək həddindən artıq məsuliyyətə çevrilirsə...”
25 Fevral 2026 10:38
Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
25 Fevral 2026 10:33
Hörmətsiz davranış sərgiləyən ər-arvad məsuliyyət daşıyacaq
25 Fevral 2026 10:27
Leyla və Alena Əliyevalar Cümə məscidində - FOTOLAR
25 Fevral 2026 10:19
Leyla və Alena Əliyevalar Qubadakı internat məktəbi və STEAM mərkəzində - FOTOLAR
25 Fevral 2026 10:12
Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı oldu - FOTOLAR
25 Fevral 2026 09:54
Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - VİDEO + FOTOLAR
24 Fevral 2026 19:46


Bakı -°C

