«Qarabağ»ın «Nyukasl»la səfər oyunu çox möhtəşəm keçdi. Uduzsaq da Qurbanovun ayğır atları sonadək ingilislərə master klass göstərdi.
Qəm eləməyə dəyməz. Uduza-uduza böyüyürük. Bir gürcü filmi var, təəssüf ki, adı yadımda deyil. İki nəfər bir qzı sevir, biri pəhləvan cüssəlidi, o biri isə mənim kimi cılız. Pəhləvan cüssəli mənim kimi cılızı harda tutursa döyür. Axırda cılız o qədər məşq edir ki, pəhləvan cüssəlini eşşək sudan gəlincə döyür. Pəhləvan cüssəli qaçıb canını qurtarmaq istəyir.
İndi «Qarabağ» da gün gələcək dəyəri milyard dollarlıq olan klubları o gürcü filmindəki mənim kimi cılız oğlan kimi çırpacaq.
Və «Nyukasl»la oyunda 3:2 məğlub olsa da Avropaya, eləcə də dünyaya göstərdi ki, Azərbaycanda da futbol var və «Qarabağ» kimi bir komanda var.
Uğurlar, «Qarabağ»!


Bakı -°C
