adalet.az header logo
  • Bakı -°C
25 Fevral 2026 11:47
80
ƏDƏBİYYAT
A- A+

FƏLƏSTİNLİ UŞAQ VƏ...

Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Allahsız ölkədə Allah axtarır.

Yeməyin üstündən yarımçıq durub,
Dünyanı qarpıztək kəsib yeyəcək.
Verməyin Anaya siz bu uşağı,
Bu uşaq anasın basıb yeyəcək...

Oxşamaz üzünü səhərin mehi,
Canında yaralar ulduz sayıdı.
Bütün yetimlərin uşaq taleyi,
Nədənsə eynidi, əkiztayıdı.

Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala.
Hardasa görmüşəm mən bu uşağı -
... XOCALI... mən səni tanıdım, bala!

Gündüz Sevindik