ƏBÜLFƏT MƏDƏTOĞLU: Fələk
Bir udum hava -
bir qurtum su...
bir loxma çörək...
Belə götürəndə,
əslində
Heç nədi bu -
Amma,
məni səndən
aslı edib fələk!
İstər axşam olsun,
istər səhər...
İstər kənd olsun,
istər şəhər...
İki əllə
Başımı saxlaya bilirəm,
birtəhər!..
Amma..
Sənin boğazıma
tıxadığın qəhər
vurulan dəyənək -
Fələk!
Sözüm
nə acıdı, nə şirin
Sıra ilə düzürəm
Bilib məqamın,
yerin-
Hər birin...
Çəkinmirəm
Üzümə tutmuram
ələk -
sinəmdə tərləyəndə ürək!
Sən də imkan ver
nəfəs dərim,
Fələk!


Bakı -°C

