Leyla Əliyeva yeni şeirini təqdim etdi - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi "Instagram" hesabında paylaşıb.
Adalet.az həmin paylaşımı təqdim edir:
Gecə donun çıxarıb, şəfəq üzümə gülür,
Və bu an ömrümüzə yeni ömür bəxş edir.
Bilirəm, günəş batar, yenə sübhdən doğular,
Necə ki bir düşüncə yaranıb-yoxa çıxar…
Heç nə gözləmirəm mən, deyirlər mən unutmuşam sevməyi,
Ağlıma qalib gələn hisslərimi, sevgimi.
Bəlkə bu həyat mənə ötəri bir yuxudur,
Nə zamansa yazdığım bir nağıldır, oxudur…
Səssiz gecə səhrada Allaha yalvarmışam,
Qaytarsın qürurumdan kor olan gözlərimi.
Bəlkə, dostum, həyattək səni də uydurmuşam,
Qoymaram, sənə doğru uzana əllərimi…
Çoxları sevməyimi unutmuşam desə də,
Bu qədərsiz sevginin qədərini bilmədi.
Ürəyim çoxu ilə vursa da, döyünsə də,
Kiməsə əsir düşüb, kiməsə əyilmədi.
Quşlar elə oxuyur — ruhum riqqətə gəlir,
Məni məndən qoparıb, yaşamağa səsləyir.
Kədərlənmə, üzülmə, hər şey ötüb-keçəcək,
Bil ki, mən qədər səni heç kimsə sevməyəcək!
Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva
Digər Xəbərlər
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24
Gülməli deyil! - Tərlanə Yaqubqızı yazır
01 Aprel 2026 13:26


Bakı -°C

