adalet.az header logo
  • Bakı -°C
25 Fevral 2026 12:37
59
ƏDƏBİYYAT
A- A+

"25-dən 26-na keçməyən gecə" təqdim olunacaq

Şair, jurnalist Vasif Əlihüseynin Xocalı faciəsindən bəhs edən “25-dən 26-na keçməyən gecə” adlı kitabının imza günü keçiriləcək.

Adalet.az xəbər verir ki, tədbir fevralın 26-da saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda baş tutacaq.Qeyd edək ki, müəllif Xocalı faciəsi ilə bağlı məşhurların, mədəniyyət adamlarının, yazıçı və ictimai xadimlərin fikrini öyrənib. Bundan başqa kitabda Xocalı faciəsinin şahidləri, həmin gecə əsir düşən və işgəncələrə məruz qalan insanlar danışıblar.

Vasif Əlihüseyn imza gününə bütün vətənsevər şəxsləri dəvət etdiyini bildirib.