Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması davam edir.
IDEA-dan Bakıvaxt.az-a verilən məlumata görə, “Bizim mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Qaradağ rayonu olub. Burada yaşayan 200 aztəminatlı ailəyə bayram münasibətilə qurban payları təqdim edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.
Qeyd edək ki, “Bizim mətbəx” layihəsinin veb-saytı (https://bizimmetbex.az/) istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.
Digər Xəbərlər
11 Mart 2026 13:52
"Azərbaycanda pay torpaqları sahəsi olduqca kiçikdir" - Nazir
11 Mart 2026 12:36
Dövlət bağçası, yoxsa özəl bağça?!
11 Mart 2026 12:08
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
11 Mart 2026 12:00
Daha 184 nəfər doğma yurda döndü - YENİLƏNİB
11 Mart 2026 11:47
“8 Noyabr”dakı dəmiryolu sökülür - Mikrotunel tikiləcək - VİDEO
11 Mart 2026 10:00
Qubanın üç kəndinin adı dəyişdirilə bilər
10 Mart 2026 20:18
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
10 Mart 2026 17:43


Bakı -°C

