Leyla və Alena Əliyeva uşaqlarla film izlədilər - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəranda bir sıra tədbirlərdə iştirak ediblər.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “ANİMAFİLM Lənkəranda” animasiya filmləri festivalında iştirak ediblər. Festivalda “Tarix”, “Həmişəyaşıl”, “Narqız”, “Pulun dili”, “Soyuz Qraviton”, "Yer və Ay” və “Bum-bum” filmləri nümayiş olunub.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bildirib ki, ilk dəfə geniş auditoriya qarşısında təqdim edilən "Bum-bum" filmi görkəmli Azərbaycan yazarı, Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı poemasının motivləri əsasında hazırlanıb, “Yer və Ay” qısametrajlı animasiya filmi isə Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalıdır. Nümayişdə iştirak edən Lənkəran rayonunun məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və təhsil alan şagirdlər animasiya filmlərini böyük maraq və müsbət əhvali-ruhiyyə ilə izləyiblər.
Qeyd edək ki, uşaqlara, onların təhsili və inkişafına xüsusi diqqəti ilə seçilən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu tədbir Azərbaycan animasiya sənətinin azyaşlılar arasında təbliği baxımından böyük əhəmiyyət daşıyır.
Digər Xəbərlər
21 Noyabr 2025 11:39
Leyla, Arzu və Alena Əliyevalar ekoloji aksiyalarda
20 Noyabr 2025 13:07
Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək
20 Noyabr 2025 12:48
"Böyük Qayıdış": Xocavəndin Hadrut qəsəbəsinə növbəti köç
20 Noyabr 2025 12:43
Daha 15 ailə Şuşakəndə dönür
20 Noyabr 2025 12:36
Fəsillərin Azərbaycana daxilolma vaxtları AÇIQLANDI
20 Noyabr 2025 10:25
“Kənd sakinlərinin gərəkli şəraiti və qazanc imkanları olsa...”
20 Noyabr 2025 09:56
Polis Akademiyası təbliğat-təşviqat tədbirlərini davam etdirir - FOTO
20 Noyabr 2025 09:00


Bakı -°C

