Liderlər Qarabağ atlarının Zəfər şousunu izlədilər - VİDEO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.
Adalet.az xəbər verir ki, hərbi orkestrin ifasında milli musiqi nümunələrimiz, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılandı. Şou müddətində süvarilərimiz yüksək peşəkarlıq nümayiş etdirdilər
Sonra qonaqlar avtobusla Ağdam şəhərini gəzdilər.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam İmarət Kompleksində olublar.
Adalet.az xəbər verir ki, liderlər Qarabağ atlarının Zəfər şousunu izləyiblər.
Digər Xəbərlər

Prezidentlər orta məktəbin açılışını etdilər - FOTOLAR

Prezidentlər Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında - YENİLƏNİB + FOTOLAR

DYP sürücülərə müraciət etdi

Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO

FHN-dən küləkli hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT

Əfqanıstanın Baş nazirinin müavini Füzuliyə gəldi - FOTO

Prezident Xankəndi Konqres Mərkəzinin açılışında - FOTOLAR
